Seçki-2024
Yeni qələbələr yolunda
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 52 saylı Yevlax seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş İlham Məmmədovun YAP Yevlax rayon təşkilatının inzibati binasında bir qrup seçici ilə görüşü keçirib.
Görüşdə çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev Yeni Azərbaycan Partiyasının gördüyü işlər, Prezident, partiya Sədri İlham Əliyevin düzgün və məqsədyönlü siyasətinin xalqımızı yeni Azərbaycanla yeni hədəflərə doğru inamla, uğurla aparmasından danışıb. Onun sözlərinə görə, ölkəmizin uğurlu inkişafı, tərəqqisi bir daha onu göstərir ki, bugünkü iqtidarın apardığı məqsədyönlü siyasətin alternativi yoxdur.
YAP-ın namizədi İlham Məmmədov çıxışında Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin hər bir vətəndaş tərəfindən dəstəkləndiyini deyib. O vurğulayıb ki, YAP-ın siyasəti Azərbaycanın davamlı inkişafı üçün böyük əhəmiyyət daşıyır və bu siyasətin davam etməsi üçün seçicilərin bu dəfə də partiyanın namizədinə dəstək verməsi vacibdir.
Seçicilər növbəti parlaq qələbələr üçün seçkilərdə fəal olacaqlarını və YAP-ın namizədinə səs verəcəklərini diqqətə çatdırıblar.
Qeyd edək ki, İlham Məmmədov həmin gün Yevlax şəhərində bir qrup seçicilə də görüş keçirib.