YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Partiyamız daim xalqın iradəsinin ifadəçisi olacaq”

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 5 saylı Babək-Naxçıvan-Culfa seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ülviyyə Həmzəyeva Naxçıvan şəhəri, Qaraçuq və Tumbul kəndlərində seçicilərlə görüşlər keçirib.

Ülviyyə Həmzəyeva əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O qeyd edib ki, Yeni Azərbaycan Partiyası öz fəaliyyətində milli maraqları üstün tutur, xalqa şərəflə və ləyaqətlə xidmət edir: “Ulu Öndərimiz Heydər Əliyevin siyasi mirası olan, onun ideyaları əsasında fəaliyyətini uğurla davam etdirən, Prezident İlham Əliyevin sədrliyi ilə mühüm nailiyyətlər qazanan Yeni Azərbaycan Partiyası Azərbaycanın tərəqqisinə önəmli töhfələr verir. Partiyamız bundan sonra da xalqın iradəsinin ifadəçisi olacaq”.

Deputatlığa namizəd Ülviyyə Həmzəyeva seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.

Seçicilər - Şahzadə Əliquliyeva, Arifə Əliyeva, Nümunə Məmişova və digərləri YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.

Qeyd edək ki, həmin gün deputatlığa namizəd Ülviyyə Həmzəyeva Naxçıvan şəhər Qaraxanbəyli kəndində II Qarabağ müharibəsi şəhidləri - Sahib Məmmədovun, İslam Eyvazovun və Pərviz Məmmədzadənin məzarlarını ziyarət edib.