YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Demokratik inkişafın təcəssümü

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 93 saylı Ağdaş seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Anar Şahmuradovun Ağdaş rayon seçiciləri ilə görüşü keçirilib.

Görüşdə YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını bildirib. Qeyd edib ki, bu gün Azərbaycan güclü dövlətdir, dünyada yüksək nüfuz sahibidir, bu uğurların əsasında isə Ulu Öndər Heydər Əliyevin siyasi kursu dayanır.

O, deputatlığa namizəd Anar Şahmuradov haqqında seçicilərə məlumat verib. 

Deputatlığa namizəd Anar Şahmuradov YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, ölkəmizdə hər bir sahədə böyük uğurların əldə edildiyini, həyata keçirilən düzgün xarici siyasət nəticəsində dost və müttəfiq ölkələrin sayının davamlı olaraq artdığını qeyd edib. Bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət milli maraqlarımıza xidmət edir və Azərbaycanın iqtisadi qüdrətinin davamlı olaraq artırılmasına hesablanıb.

Seçicilər bildiriblər ki, sentyabrın 1-də seçki məntəqələrinə gedərək Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklər.