YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Cəlilabadlıların seçimi bəllidir

Sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 71 saylı Cəlilabad şəhər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Malik Həsənovun Cəlilabad rayonunda Dövlətalıbəyli, Maşlıq, Söyüdlü, Abdullu kənd seçicilərilə görüşü keçirilib.

Görüşdə YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı çıxış edərək bildirib ki, yarandığı gündən Yeni Azərbaycan Partiyası ali hədəflərə çatmaq uğrunda mübarizə aparır: “Bu isə YAP-ı bütün sahələr üzrə yeni qələbələrə doğru aparır. Böyük əminliklə deyə bilərik ki, xalqın partiyası olan YAP parlament seçkilərində də möhtəşəm qələbə qazanacaq”.

Deputatlığa namizəd Malik Həsənov qeyd edib ki, müstəqilliyimizin bərpasından ötən dövrün çətin, eyni zamanda, şərəfli yolunda əldə olunan nailiyyətlərin müəllifləri Ulu Öndər Heydər Əliyev və Onun layiqli davamçısı, Azərbaycanı ən yüksək zirvələrə ucaldan Prezident İlham Əliyevdir. Deputatlığa namizəd seçiciləri dahi lider Heydər Əliyevin yaratdığı müasir müstəqil Azərbaycanın bu gün olduğu kimi, gələcəkdə daha böyük uğurları təmin etməsi üçün seçkilərdə fəal olmağa, YAP-ın namizədinə səs verməyə çağırıb.   

Tədbirdə çıxış edən seçicilər parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.

Çıxış edənlər uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.