YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Böyük yola davam...

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 12 saylı Xəzər birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Pərvanə Piriyevanın YAP Xəzər rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Xəzər rayon təşkilatının sədr müavini Şəfayət Nənəcanov bildirib ki, parlament seçkiləri xalqın Yeni Azərbaycan Partiyasına inamının növbəti ifadəsi olacaq: “Ulu Öndər Heydər Əliyev ideyalarından güc alan YAP ölkə qarşısında duran problemləri həll etməyə, xalqımızı xoşbəxt gələcəyə aparmağa qadir, özünü təsdiqləmiş monolit bir partiyadır. Ulu Öndər Heydər Əliyevin təbirincə desək, Yeni Azərbaycan Partiyası dünənin, bugünün və gələcəyin partiyasıdır”.

Deputatlığa namizəd Pərvanə Piriyeva YAP-ın seçki platforması haqqında məlumat verib. Bildirib ki, ölkəmizin siyasi həyatında aparıcı rol oynayan YAP-ın yaranması Ulu Öndər Heydər Əliyevin şərəfli adı ilə bağlıdır: “Bu gün Heydər Əliyev siyasətinin ən layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan çağdaş tarixinin yeni şanlı səhifələri yazılır. Cənab İlham Əliyev bütün sahələrdə Heydər Əliyev ideyalarının layiqli davamçısı olduğunu sübut etməklə yanaşı yeni reallıqların da müəllifidir”.

Tədbirdə, həmçinin seçicilər Sünbül Həsənəliyeva, Fidan Əsədzadə və Fatimə Axundova çıxış ediblər. Bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın qüdrətinin və əhalinin rifahının daha da artmasına xidmət edir.