YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Nərimanov rayonunda seçicilərlə növbəti görüş keçirilib

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP)  tərəfindən 19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Hikmət Məmmədovun seçicilərlə növbəti görüşü keçirilib.

Görüşdə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov seçicilərə partiyanın seçki platforması haqqında ətraflı məlumat verib. O, bldirib ki, ölkəmizdəki   sabitlik, davamlı inkişaf və vətəndaş cəmiyyətinin formalaşması  ilə xarakterizə edilən iqtisadi tərəqqi Azərbaycanda demokratik təsisatların  inkişafı üçün etibarlı zəmin yaradıb.

Görüşdə çıxış edən deputatlığa namizəd Hikmət Məmmədov  Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən genişmiqyaslı işlərdən söz açıb. Namizəd qeyd edib ki, demokratik siyasi sistemə malik olan Azərbaycanda seçkilər yerli qanunvericiliyə və beynəlxalq standartlara uyğun keçirilir. Azərbaycan siyasi palitrasının ən güclü ictimai-siyasi təşkilatı olan YAP mütəmadi qələbələr qazanır və seçki təcrübəsini daim artırır.

Tədbirdə çıxış edən seçicilər də öz növbəsində yeni hədəflərə nail olmaq üçün Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini bildiriblər.