YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Qələbələr partiyası yenə qalib gələcək

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 58 saylı Xaçmaz kənd seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Könül Ələskərovanın seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov  qarşıdan gələn parlament seçkilərinin əhəmiyyətindən danışıb və seçiciləri fəal olmağa çağırıb. O, deputatlığa namizəd Könül Əskərova haqqında seçicilərə məlumat verib.

Çıxış edən deputatlığa namizəd Könül Əskərova əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Deputatlığa namizəd çıxışında Yeni Azərbaycan Partiyasının milli maraqları daim üstün tutduğunu və ölkəmizin inkişafında müstəsna rol oynadığını diqqətə çatdırıb. O, deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib. 

Tədbir iştirakçılarından  Abasyar Heydərov, Ofelya Sərkərova, Vüsal İskəndərov, Elçin Ağaşirinov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıblar.

Xatırladaq ki, deputatlığa namizəd K.Ələskərova məhəlli görüşlər də keçirib.