YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Yeni uğurlara şahidlik edəcəyik

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar parlament seçkilərinin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 110 saylı Balakən seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nəsib Məhəməliyevin YAP Balakən rayon təşkilatının qərargahında seçicilər ilə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Balakən rayon təşkilatının sədri Azad Balayev bildirib ki, tarixi inkişafının yeni mərhələsinə qədəm qoyan Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi zamanın tələbi və yeni reallıqlardan doğan zərurətdir.

Çıxış edən deputatlığa namizəd Nəsib Məhəməliyev Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin apardığı ardıcıl və sistemli islahatlardan, həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin son illərdə istər regionda, istərsə də bütün dünyada qazandığı uğurlardan danışıb. Vurğulanıb ki, Azərbaycanın və regionun ən güclü siyasi partiyası olan YAP yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə qələbə qazanıb və partiyanın qarşıdan gələn parlament seçkilərində də qələbə əldə edəcəyi şübhəsizdir.

Tədbirdə, həmçinin YAP fəalları Dilbər Quliyeva, Orucəli Namazov, Gülnarə Musayeva, Cavid Orucov, Turanə Məmmədova və başqaları çıxış edərək ölkəmizin uğurlu gələcəyi, yeni Azərbaycan naminə seçiciləri növbədənkənar parlament seçkilərində YAP namizədinə səs verməyə çağırıblar.

Sonda YAP sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim edilib.