YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

YAP inkişaf və tərəqqi partiyasıdır

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 117 saylı Oğuz-Qəbələ-Şəki seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Eyvaz Qurbanovun Oğuz rayonunun Bucaq,Yaqublu, Yenikənd, Top, Zərrab kəndlərindən olan seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov bildirib ki, Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır. Bu gün YAP ölkəmizdə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edir, müstəqil Azərbaycan dövlətinin yüksəlişinə, tərəqqisinə öz töhfəsini əsirgəmir.

Daha sonra o, deputatlığa namizəd Eyvaz Qurbanov haqqında seçicilərə məlumat verib.

Çıxış edən deputatlığa namizəd Eyvaz Qurbanov çoxəsrlik dövlətçilik tarixinin ən şanlı və şərəfli dövrünü yaşayan qalib Azərbaycanın bənzərsiz nailiyyətlərə imza atdığını, yeni reallıqlar formalaşdıraraq öz qüdrətini artırdığını deyib: “Yeni dövrün reallıqlarına uyğun hədəflər uğurla reallaşdırılır. YAP yarandığı gündən daim Azərbaycanın daha güclü, qüdrətli olmasına, xalqımızın rifahının artmasına çalışır”.

Tədbirlərdə təşviqat qrupunun üzvləri Günel Abdullayeva, Emin Cəfərov, Aygün Atakişiyeva qeyd ediblər ki, YAP-ın ideologiyasının və fəaliyyətinin əsas istiqamətini məhz dövlətimizin, cəmiyyətimizin inkişafı, onun qüdrətinin daha da artması təşkil edir. Natiqlər uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.

Öz növbəsində çıxış edən seçicilər Oğuz rayonu Bucaq kəndindən seçicilər Rasim Əhmədov, Svetlana Rüstəmova, Araz Rəşidov, Faiq Həmidov, Oğuz rayonu Zərrəb kəndindən seçici Səfər Məmmədov, Oğuz rayonu Yaqublu kəndindən seçici İlham Manafov və digərləri Yeni Azərbaycan Partiyasına olan etimadlarını ifadə edərək, öz səsvermə hüquqlarından istifadə edəcəklərini bildiriblər.