Seçki-2024
Yeni uğurlarımızın təməli qoyulur
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 72 saylı Cəlilabad kənd seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Elman Nəsirovun Cəlilabad rayonu Təzəkənd kəndində seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Cəlilabad rayon təşkilatının fəalı Ruslan Abbasov Yeni Azərbaycanın Partiyasının seçkilərə hazırlıq səviyyəsinin hər zaman yüksək səviyyədə olduğunu deyib, partiyanın bu dəfə də parlaq qələbə qazanacağına inamını ifadə edib.
Çıxış edən deputatlığa namizəd Elman Nəsirov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, Yeni Azərbaycan Partiyasının və müstəqil Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən, böyük xilaskarlıq missiyasından, Prezident İlham Əliyevin rəhbərliyi altında qazanılan uğurlardan danışıb. Yeni Azərbaycan Partiyasının müstəqil Azərbaycanın dünəninə, bugününə və gələcəyinə xidmət edən alternativsiz partiya olduğu vurğulanıb.
Elman Nəsirov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib.
Tədbirdə, həmçinin yerli təşviqat qrupunun üzvü Razi Məmmədov, seçicilərdən – Təzəkənd kənd sakinləri Xanım Şahbalayeva, Məhərrəm Nağıyev, Şabı Kərimov, Fikrət Cəfərov və digərləri çıxış ediblər. Çıxış edənlər qələbələrimiz, inkişafımız və uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıb və 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.