YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Reallığa çevrilən hədəflər

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 38 saylı Gəncə birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Naqif Həmzəyevin YAP Gəncə şəhər təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov YAP-ın məqsədyönlü fəaliyyətindən, əldə edilən uğurlardan və gələcək hədəflərdən danışaraq seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləməyə çağırıb.

Görüş zamanı deputatlığa namizəd Naqif Həmzəyev YAP-ın seçki platforması barədə məlumat verib. O, Azərbaycanın dahi şəxsiyyət Heydər Əliyevin, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində inamla irəlilədiyini qeyd edib. Bildirib ki, qarşıya qoyulan hədəflərin reallığa çevrilməsi Azərbaycanın gücünə güc qatacaq.

Tədbirdə seçicilər çıxış edərək bildiriblər ki, YAP-ın namizədlərinə veriləcək səslər Azərbaycanın qüdrətinin daha da artmasına xidmət edəcək.

Çıxış edən seçicilər də YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.

Qeyd edək ki, deputatlığa namizəd Naqif Həmzəyev seçicilərlə məhəlli görüşlər də keçirib.