YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Yeni hədəflərə doğru inamla irəli

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən (YAP) 64 saylı Salyan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Sadiq Qurbanovun rayonun Yenikənd kəndində seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov bildirib ki, Milli Məclisə keçiriləcək seçkilər xalqın Yeni Azərbaycan Partiyasına inamının növbəti ifadəsi olacaq. O, YAP-ın qazandığı nailiyyətlərə nəzər salıb, qarşıda duran hədəflərdən bəhs edib. Təşkilat sədri vurğulayıb ki, seçki prosesində fəal iştirak etməklə, YAP-ın namizədini dəstəkləməklə vətəndaşlarımız firavan gələcəyə imza atmış olacaqlar.

Daha sonra çıxış edən deputatlığa namizəd Sadiq Qurbanov YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O bildirib ki, yarandığı gündən Yeni Azərbaycan Partiyasının məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub. O qeyd edib ki, bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursu Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirdə təbliğat qrupunun üzvləri Səlimağa Səlimli, Zahid Fərəcov, ziyalılardan Flora Dünyamalıyeva, Nurlan Fərzəliyev, Zeynəb Məmmədli, Leyla Mərdanova, Lalə Mirəliyeva və digərləri çıxıb ediblər. Onlar seçiciləri səsvermə günü aktiv olmağa və YAP-ın namizədinə səs verməyə çağırıblar.

Qeyd edək ki, deputatlığa namizəd Sadiq Qurbanov rayonun Yenikənd və Şəkərli kəndlərində məhəlli görüşlər keçirib, Şəkərli kəndində şəhid İlkin Nəcəfovun və şəhid İsmayıl Xanəliyevin, Həsənli kəndində isə şəhid Rəhman Bəşirovun ailələrini ziyarət edib.