YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Azərbaycanda seçkilər beynəlxalq standartlara uyğun keçirilir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məcisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Samir Vəliyevin YAP Nərimanov rayon təşkilatında seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında ətraflı məlumat verib. O xalqın partiyası olan YAP-ın bu seçkidə də məhz xalqın dəstəyi ilə qalib olacağına əminliyini ifadə edib və seçiciləri səsvermədə aktiv iştirak edərək qələbələr partiyasının namizədlərinə səs verməyə çağırıb.

Çıxış edən deputatlığa namizəd Samir Vəliyev bildirib ki, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu islahatlar ölkəmizin sosial-iqtisadi inkişafına, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artmasına, insanların sosial rifahının yüksəldilməsinə xidmət edir. S.Vəliyev qeyd edib ki, bir neçə gün sonra reallaşacaq  növbədənkənar parlament seçkiləri də məhz bu siyasətin bir parçasıdır və xalqımızın rifahının daha da yaxşılaşmasına, eyni zamanda, ölkəmizin inkişafına dəstək xarakteri daşıyır. Bu baxımdan, deputatlığa namizəd hər bir seçicini aktiv olmağa, 1 sentyabr tarixində partiyanın namizədlərinə səs verməyə çağırıb.

Görüşdə çıxış edənlər hər bir Azərbaycan seçicisini qarşıdan gələn parlament seçkilərində fəal olmağa, “Yeni dövrə yeni Azərbaycanla” şüarı altında YAP-ın namizədlərinə səs verməyə səsləyiblər.

Qeyd edək ki, deputatlığa namizəd S. Vəliyev rayonun, Ə. Rəcəbli, Kazımzadə və Aşıq Alı  küçələrindəki müxtəlif ünvanlarda yaşayan seçicilərlə də məhəlli görüşlər keçirib.