YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Mövcud reallıqlar xalqın seçiminin doğru olduğunu göstərir”

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 29 saylı Sabunçu dördüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş İlahə Abdullazadənin seçicilərlə görüşü keçirilib.

YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov bildirib ki, Azərbaycanın bugünkü inkişafı - ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik, düşmən üzərində qazanılan tarixi Zəfər və digər mühüm nailiyyətlər xalqın seçiminin doğru olduğunu göstərir.

Deputatlığa namizəd İlahə Abdullazadə YAP-ın seçki platforması haqqında məlumat verib. O, Yeni Azərbaycan Partiyasının böyük uğurlara imza atdığını və qarşıda duran hədəfləri gerçəkləşdirmək əzmində olduğunu söyləyib: “Bu gün sıralarında 700 mindən çox insanı birləşdirən YAP gücünü xalqın dəstəyindən alır. Qarşıdan gələn parlament seçkilərində partiyamızın möhtəşəm qələbə qazanacağı heç kimdə şübhə doğurmur”.

İ.Abdullazadə çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.

Seçicilər 1 sentyabr – növbədənkənar parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.