YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Şirvanlılar YAP-ın namizədinə səs verəcəklər

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 51 saylı Şirvan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Heydər Əsədovun  seçicilərlə görüşü keçirilib.

Görüşdə YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov çıxış edərək Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yüksələn xətlə inkişaf etdiyini deyib. O, ölkəmizin bütün sahələrdə böyük uğurlar qazanaraq tək Cənubi Qafqazın deyil, Qərblə Şərqin qovuşuğunda yerləşən böyük bir bölgənin ən nüfuzlu dövlətlərindən birinə çevrildiyini diqqətə çatdırıb.

Çıxış edən deputatlığa namizəd Heydər Əsədov isə qeyd edib ki, ölkə Prezidentinin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq müstəvidə nüfuzu günbəgün artır: “Ölkəmiz artıq dünyanın super dövlətləri arasında baş verən münaqişələrin nizamlanmasında öz sözünü deyə bilir. Bu da onu təsdiq edir ki, Azərbaycan tarixdə heç zaman Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdəki kimi qüdrətli, güvənli olmayıb”.

Görüş iştirakçılarından Əlifağa Səfərov, Qurbanxan Dəmirov və Reyhanə Əlizadə çıxış edərək bugünkü müasir və inkişaf yolunda qətiyyətlə addımlayan Azərbaycana baxdıqca qürurlandıqlarını bildiriblər. Onlar seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.

Qeyd edək ki, deputatlığa namizəd Heydər Əsədov şəhid Zeynal Zülfüqarlının  ailəsini də ziyarət edib.