YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Qazanılan uğurlar YAP-a olan inamı gücləndirir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 98 saylı Bərdə-Tərtər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Xanlar Fətiyevin Bərdə rayonunun Mollalı və Mustafaağalı kəndlərində seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşləri giriş sözü ilə açan YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya bildirib ki,  “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə seçkilərə qatılan Yeni Azərbaycan Partiyasının seçki platforması möhtəşəm Zəfərdən sonra yaranmış gerçəklikləri və hədəfləri ifadə edir. O, qeyd edib ki, seçkilər xalqın YAP-a inamının növbəti ifadəsi, Ulu Öndər Heydər Əliyev yoluna sədaqətinin və Prezident İlham Əliyevin Zəfər yürüşünün davamına birmənalı dəstəyinin təsdiqi olacaq.

Çıxış edən deputatlığa namizəd Xanlar Fətiyev Yeni Azərbaycan Partiyasının bu zamana qədər Azərbaycanın yüksəlişində müstəsna rol oynadığını ifadə edib. O seçiciləri seçkilərdə fəal iştirak etməyə və Azərbaycanın gələcəyinə - dünənin, bu günün və sabahın partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə, birlikdə növbəti zəfərlərə doğru inamla addımlamağa çağırıb.

Görüşlərdə təşviqat qrupunun üzvləri Məhərrəm Şəfiyev, şəhid anaları Mehparə Qəribova, İsbət Hətəmova çıxış edərək seçiciləri Qarabağın əzəmətli quruculuğuna, Böyük Qayıdışa və xalqın rifahına səs verməyə çağırıb.

Çıxış edən seçicilər Mollalı kəndindən Səyyaf Quliyev, Zahid Adıgözəlov, Əbülfət İsmayılov, Mustafaağalı kəndindən Cavad Cavadov, Əli Mehdiyev, Ərəstun Cavadov Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyəcəklərini bildiriblər.

Görüşlər Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

 Qeyd edək ki, deputatlığa namizəd Xanlar Fətiyev YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvləri ilə birlikdə Qazıqurdalı kəndində “Azərbaycan bayrağı” ordenli şəhid Xudayar Yusifzadənin yaşadığı evi və Mollalı kəndində şəhid kompleksini ziyarət ediblər.