YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Xalqın YAP-a inamının növbəti ifadəsi

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 39 saylı Gəncə ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Pərvin Kərimzadənin YAP Gəncə şəhər təşkilatının qərargahında seçicilərlə növbəti  görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

 Tədbirdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov çıxış edərək, seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb. Bildirib ki, Azərbaycan dünyada müstəqil siyasət yürüdən, özünəməxsus inkişaf yolu olan islahatçı ölkə imici qazanıb: “Müstəqil Azərbaycan dövləti qarşıya qoyduğu yeni hədəflərin reallaşdırılması yeni qələbələrə yol açacaq”.

Çıxış edən deputatlığa namizəd Pərvin Kərimzadə YAP-ın qazandığı nailiyyətlərə nəzər salıb, qarşıda duran hədəflərdən bəhs edib. P.Kərimzadə bildirib ki, 1 sentyabr seçkiləri xalqın Yeni Azərbaycan Partiyasına inamının növbəti ifadəsi olacaq.

Görüş iştirakçıları çıxış edərək seçiciləri ölkəmizin parlaq gələcəyi naminə YAP-ın namizədinə səs verməyə çağırıblar.

Daha sonra deputatlığa namizəd Pərvin Kərimzadə şəhid Mirhüseyn Seyidzadənin ailə üzvləri, qohumları ilə görüşüb.

Qeyd edək ki, deputatlığa namizəd Pərvin Kərimzadə seçicilərlə fərdi görüşlər də keçirib.