YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“İslahatlar davam edəcək”

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 87 saylı Qobustan-Şamaxı-İsmayıllı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Rasim Novruzovun Qobustan rayonu, Nabur kənd seçiciləri ilə görüşü keçirilib.

YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov Prezident İlham Əliyev tərəfindən verilən bütün vədlərin yerinə yetirildiyini, torpaqlarımızın işğaldan azad olunduğunu, dövlət suverenliyinin tam bərpa edildiyini vurğulayıb.  Qeyd olunub ki, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan dünyada söz və nüfuz sahibi, qalib və qüdrətli ölkə kimi tanınır.

Deputatlığa namizəd Rasim Novruzov YAP-ın seçki platforması barədə məlumat verib. O bildirib ki, Heydər Əliyev tərəfindən irəli sürülmüş müstəqil dövlətin təməl prinsipləri - dövlətçilik, qanunun aliliyi, azərbaycançılıq, varislik və təkamül, konstruktiv əməkdaşlıq və vətəndaş həmrəyliyi, sosial ədalət çoxşaxəli islahatların əsaslarını təşkil edib və ölkənin dinamik inkişafını şərtləndirib: “Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycanın dünyada nümunəvi inkişaf modeli ilə fərqlənən güclü dövlətə çevrilib. Yeni mərhələdə davam etdirilən islahatlar iqtisadi idarəetmənin köklü səviyyədə müasirləşməsinə, hər bir Azərbaycan vətəndaşının rifahının yüksəlməsinə zəmin yaradacaq”.

Təşviqat qrupunun üzvlərindən Atabəy Cahangirov, Allahyar Atakişiyev və seçicilərdən Akif Hacıyev çıxış ediblər. Onlar ölkəmizdə aparılan abadlıq-quruculuq işlərindən, xalqın sosial rifahına yönəlmiş layihələrdən söhbət açaraq seçiciləri yeni uğurlar və qələbər naminə YAP-ı dəstəkləməyə çağırıblar.