YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Uğurlu dövlət siyasəti

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 48 saylı Abşeron birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nigar Məmmədovanın YAP Abşeron rayon təşkilatının qərargahında seçicilər, o cümlədən ilk dəfə səs verəcək gənclərlə görüşü keçirilib.

Əvvəlcə Azərbaycanın Respublikasının Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev bildirib ki, ölkəmizdə milli-mənəvi dəyərlərə sadiq, müasir çağırışlara cavab verən, vətənpərvər, sağlam gənc nəslin yetişməsi dövlətin uğurlu gənclər siyasətinin təzahürüdür. Qeyd edib ki, gənclərin cəmiyyət həyatının müxtəlif sahələrində, o cümlədən ictimai-siyasi həyatda fəal iştirakının təmin olunması YAP-ın seçki platformasında müəyyənləşdirilən əsas hədəflərdəndir. 

Deputatlığa namizəd Nigar Məmmədova 48 saylı Abşeron birinci seçki dairəsindən 100 nəfərədək gəncin ilk dəfə səsvermə hüququndan istifadə edəcəyini diqqətə çatdırıb, növbədənkənar parlament seçkilərinin tarixi əhəmiyyətindən danışıb. Kadr islahatları çərçivəsində ölkəmizdə gənclərə yüksək etimad göstərildiyini, hər sahədə olduğu kimi, cəmiyyətin ən dinamik üzvləri hesab edilən gənc seçicilərin parlament seçkilərində fəallıq nümayiş etdirəcəklərinə, YAP-ın namizədini dəstəkləyəcəklərinə inam ifadə olunub.   

Təşviqat qrupunun üzvləri Faiq Xosrovlu və gənc seçicilər çıxışlarında təşviqat mərhələsi çərçivəsində belə maarifləndirici görüşlərin keçirilməsinin vacibliyini vurğulayıblar. Onlar müstəqil, qalib və bütöv Azərbaycan naminə seçki hüquqlarından istifadə edərək, Yeni Azərbaycan Partiyasını dəstəkləyəcəklərini bildiriblər. 

Görüş Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekunlaşıb.