YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Gələcək naminə!

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 66 saylı Saatlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Əziz Ələkbərlinin Dədə Qorqud və Qıraqlı kəndlərində Dədə Qorqud, Heydərabad, Əhmədbəyli, Qıraqlı, Mustafabəyli, Bəylik və Yeni Novruzlu kəndlərinin seçiciləri ilə görüşləri  keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov YAP-ın ölkəmizin tərəqqisində, müstəqil dövlətçiliyimizin əsaslarının möhkəmlənməsində tarixi rolu və misilsiz xidmətləri barədə danışıb. O, Prezident, partiya Sədri İlham Əliyevin düzgün və məqsədyönlü siyasətinin xalqımızı Yeni Azərbaycanla yeni hədəflərə doğru inamla, uğurla aparmasından ətraflı bəhs edib.  

Çıxış edən deputatlığa namizəd Əziz Ələkbərli bildirib ki, mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması, xalqımıza məxsus yüksək keyfiyyətlərin dünyada tanıdılması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər milli-mənəvi dəyərlərimizin qorunmasına, cəmiyyətin mənəvi kamilləşməsinə, zərərli ideoloji təsirlərin qarşısının alınmasına xidmət edir.

Bildirib ki, sentyabrın 1-də keçiriləcək seçkilər xalqın Yeni Azərbaycan Partiyasına inamının növbəti ifadəsi, Ümummilli Lider Heydər Əliyev yoluna sədaqətinin və Prezident İlham Əliyevin Zəfər yürüşünün davamına birmənalı dəstəyinin təsdiqi olacaq.

Tədbirdə, həmçinin təşviqat qrupunun üzvləri Zabit Süleymanov, Tahir Ağayev, Bəylər Əliyev və digərləri çıxış ediblər. Qeyd olunub ki, yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə qələbələr qazanan YAP daim xalqın mənafeyindən çıxış edib və bu gün siyasi sistemin aparıcı qüvvəsi kimi ölkəmizə mühüm nailiyyətlər qazandırmaqdadır.

Çıxış edən seçicilər uğurlarımızın davamı naminə Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini vurğulayıblar.