Seçki-2024
Yeni dövrə yeni uğurlarla...
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 67 saylı Sabirabad seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Əhliman Əmiraslanovun Sabirabad rayonunda seçicilərlə növbəti görüşü keçirilib.
YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov son 30 ildə qazanılan uğurlara nəzər salıb. O qeyd edib ki, hazırda qarşıda duran başlıca məqsəd yeni qələbələrə nail olmaqdır. V.Rüstəmov vətəndaşları seçki prosesində fəal iştirak etməyə çağırıb.
Deputatlığa namizəd Əhliman Əmiraslanov YAP-ın seçki platforması barədə məlumat verib. O, Azərbaycanın Heydər Əliyevin yolu ilə inamla irəlilədiyini qeyd edib. Bildirib ki, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmiz güclü, nüfuzlu və qalib dövlətə çevrilib. “Qarşıda duran hədəflərin reallığa çevrilməsi xalqımıza yeni zəfərlər bəxş edəcəkdir”, - deyə vurğulanıb.
Görüşdə çıxış edənlər - Elçin Quliyev, Əlvan Əhmədov, Səlmi Mehdiyeva, Məhəmməd Muradov, Güləndam Səmədova və Əlişirin Əliyev YAP-ın məqsədyönlü fəaliyyətindən, əldə edilən uğurlardan və gələcək hədəflərdən danışaraq seçiciləri Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləməyə çağırıblar.