YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Xalqın aydın və perspektivli inkişaf yolu

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 60 saylı Quba-Qusar seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Fidan Bağırovanın Quba rayonu, Hacıqayıb kəndindən olan seçicilərlə görüşü keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Quba rayon təşkilatının sədr müavini Elxan Məhərrəmov Yeni Azərbaycan Partiyasının Azərbaycan dövləti və xalqı qarşısında xidmətlərindən danışıb. Qeyd edib ki, YAP öz fəaliyyəti ilə xalqımızın ona göstərdiyi etimadı doğruldub və ümumxalq partiyasına çevrilməyi bacarıb.

Deputatlığa namizəd Fidan Bağırova bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan uğurlu layihələr, aparılan islahatlar nəticəsində bütün Azərbaycanda olduğu kimi, Quba rayonunda da böyük işlər görülüb: “Şübhəsiz ki, bütün bunlar Ulu Öndər Heydər Əliyev ideyalarının və bu ideyaları layiqincə həyata keçirən cənab İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir. Bu uğurlu siyasət Azərbaycanın inkişafına, tərəqqisinə yönəlib. Təbiidir ki, bu nailiyyətlər ölkə vətəndaşları tərəfindən yüksək qiymətləndirilir və cəmiyyətimiz xalqın mənafeyinə xidmət edən bu siyasi kursu dəstəkləyir”.

Seçicilər 1 sentyabrda keçiriləcək seçkilərdə YAP-ın namizədinə F.Bağırovaya dəstək olacaqlarını ifadə ediblər.

Qeyd edək ki, deputatlığa namizəd Fidan Bağırova Vətən müharibəsi şəhidi Miqdad Abduləlimov və antiterror əməliyyatları zamanı şəhidlik zirvəsinə ucalmış Sənan Qəhramanovun ailələrini ziyarət edib.