YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Qətiyyət və əzmkarlıq sayəsində...

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) 41 saylı Gəncə-Samux-Goranboy  seçki dairəsindən deputatlığa namizədi Müşfiq Cəfərovun Goranboy rayonu, Dəliməmmədli şəhəri M.Zeynalov adına tam orta məktəbində seçicilərlə görüşüb.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Çıxış edən deputatlığa namizəd Müşfiq Cəfərov Yeni Azərbaycan partiyasının seçki platforması haqqında ətraflı məlumat verib. Bildirib ki, sosial-iqtisadi sahədə sürətlə irəliləyən, həyata keçirdiyi demokratik islahatlar, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində gördüyü işlərlə seçilənlər sırasında yer alan Azərbaycanı xarakterizə edən mühüm xüsusiyyətlərdən biri də qısa zaman kəsiyində enerji təhlükəsizliyinin təmininə nail olmasıdır. Vurğulayıb ki, bütün bu uğurların fonunda parlament seçkilərində YAP-ın qələbəsi labüddür.

Görüş iştirakçıları seçiciləri səsvermə günü fəal olmağa və YAP-ın namizədinə səs verməyə çağırıb. Bildirib ki, Azərbaycanın təşəbbüskarı olduğu layihələr təkcə region üçün deyil, dünya miqyasında da böyük əhəmiyyət daşıyır, bu sahədə ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı durmadan çoxalır.

Seçicilər də öz növbəsində Yeni Azərbaycan Partiyasını ürəkdən dəstəklədiklərini və parlament seçkilərində bu partiyanın namizədinə səs verəcəklərini vurğulayıblar.