Seçki-2024
“Daha qüdrətli Azərbaycan naminə YAP-ın namizədinə səs verəcəyik”
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 110 saylı Balakən seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nəsib Məhəməliyevin Sarıbulaq kənd seçiciləri ilə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Balakən rayon təşkilatının sədri Azad Balayev Prezident, YAP Sədri İlham Əliyevin apardığı uğurlu və məqsədyönlü siyasətdən söhbət açıb.
Çıxış edən deputatlığa namizəd Nəsib Məhəməliyev bildirib ki, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu islahatlar Azərbaycanın sosial-iqtisadi inkişafına, beynəlxalq aləmdə nüfuzunun artmasına, insanların sosial rifahının yüksəldilməsinə xidmət edir. Qeyd olunub ki, Azərbaycan əzəli torpaqlarını düşmən işğalından azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoyub.
Görüş iştirakçılarından Məhəbbət Hacıyeva, Fərhad Mustafayev, Yusif Bayramov və digərləri çıxış edərək seçiciləri YAP-n namizədinə səs verməyə çağırıblar.
Öz növbəsində çıxış edən seçicilər YAP-n xalqın etimadını doğrultduğunu bildirərək daha qüdrətli Azərbaycan naminə partiyanın namizədinə səs verəcəklərini söyləyiblər.
Qeyd edək ki, deputatlığa namizəd N.Məhəməliyev Ağkilsə yaşayış məntəqəsinin seçiciləri ilə məhəllə görüşü də keçirib.