YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Yeni hədəflərin gerçəkləşdirilməsi əsas məqsədlərdəndir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş  Mixail Zabelinin seçicilərlə növbəti görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP  Xətai rayon təşkilatının sədr müavini Vüqar Hüseynov  yeni dövrə qədəm qoyan yeni Azərbaycanın  hədəflərindən bəhs edib. Bildirib ki, bu hədəflərin  gerçəkləşdirilməsi Azərbaycanı daha möhtəşəm uğurlara, Zəfərlərə qovuşduracaq. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra Azərbaycanın qazandığı uğurların xronologiyasına  diqqət yetirmək kifayətdir. Yeni Azərbaycan Partiyasının seçki platformasında bu hədəflər öz əksini tapıb.

 Deputatlığa namizəd Mixail Zabelin  qeyd edib ki,  bu gün harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar qalib, bütövləşən Azərbaycanın  zəfərləri ilə qürur duyur. Bu zəfərlərə yol açan dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin düşünülmüş siyasətinin yaratdığı möhkəm təməldir.  Prezident İlham Əliyev  böyük qürur hissi ilə ata vəsiyyətini yerinə yetirdiyini bildirdi. Hazırda işğaldan azad edilmiş ərazilərdə seçki əhval-ruhiyyəsi mövcuddur.

 Mixail Zabelin seçiciləri fəal olmağa, YAP-ın namizədlərinə səs verməyə çağırıb.

  Tədbirdə YAP Xətai rayon təşkilatı üzrə Təşviqat Qrupunun üzvləri-  Mürvət Əsgərov və şəhid atası Meyvəddin  Ramaldanov, namizədin  vəkili  Firdovsi Cahangirov, rayon ağsaqqalı  Nizami Hüseynov çıxış edərək  seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.