YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

YAP millətə xidmət və sədaqət amalını yaşadır

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 79 saylı Astara seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Rəşad Mahmudov YAP Astara rayon təşkilatında seçicilərilə görüşüb.

Çıxış edən YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlardan, gələcək hədəf və perspektivlərdən, xalqın Yeni Azərbaycan Partiyasına yüksək inam və etimadından danışıb. O qeyd edib ki, ölkəmizin bugünkü qüdrətini məhz ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin yürütdüyü müdrik siyasətə borcluyuq.

Deputatlığa namizəd Rəşad Mahmudov isə çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə bütün sahələrdə apardığı köklü islahatlar və görülmüş işlərin əhəmiyyəti haqqında seçicilərə məlumat verib. Rəşad Mahmudov bildirib ki, YAP-ın ideologiyasının və fəaliyyətinin əsas istiqamətini məhz dövlətimizin, cəmiyyətimizin inkişafı, onun qüdrətinin daha da artması, beynəlxalq münasibətlər sistemində ölkəmizin layiqli təbliğatı təşkil edir. 

Tədbirdə Astara rayon mərkəzi xəstəxanası üzrə ƏPT nın sədri Oqtay Əmənullayev, Etibar Cəlilov çıxış edərək vurğulayıblar ki, Yeni Azərbaycan Partiyasının namizədlərinə verilən səslər Azərbaycanın qüdrətinin və əhalinin rifahının daha da artmasına xidmət edəcək.

Çıxış edən seçicilər 1 sentyabrda Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə YAP namizədinə səs verəcəklərini ifadə ediblər.