Seçki-2024
“Bütün hədəflərə birlikdə nail olacağıq”
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ceyhun Məmmədovun Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində məskunlaşmış qubadlılı seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi böyük ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. Təşkilat sədri seçicilərə seçkilərə gələrək aktiv iştirak etmələrini tövsiyyə edərək ən layiqli namizədə- Yeni Azərbaycan Partiyasnın namizədinə səs verməyə çağırıb.
Çıxış edən deputatlığa namizəd Ceyhun Məmmədov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verərək platformada gələcək hədəflərin nəzərdə tutulduğunu diqqətə çatdırıb. Ən mühüm məqam isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunmasıdır. Hazırda keçmiş məcburi köçkünlər böyük qayıdışın sevincini yaşayırlar. Budəfəki parlament seçkiləri ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsi ilə əlamətdardır.
Ceyhun Məmmədov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
Tədbirdə, həmçinin seçicilər Esmira Bayramova, İlahə Əsədova, Zülfiyyə Qasımova və digərləri çıxış ediblər. Onlar YAP-ın namizədinə səs verəcəklərini deyiblər.