YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Nərimanov seçicilərinin seçimi bəllidir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 18 saylı Nərimanov-Nizami-Binəqədi seçki dairəsindən deputatlığa namizəd Nizami Babaşov Nərimanov rayonu, İ. Abışov və R. Şıxəliyev küçələrindəki ünvanlarda yaşayan seçicilərlə görüşüb.

Görüşdə deputatlığa namizəd Nizami Babaşov seçicilərə YAP-ın seçki platforması və qarşıda duran məqsədlər barədə ətraflı məlumat verib. Nizami Babaşov bildirib ki, Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməklə seçicilər Azərbaycan dövlətinin təməl prinsiplərini dəstəkləmiş olurlar.

Məhəllə görüşlərində seçicilərə YAP tərəfindən hazırlanmış maarifləndirici təbliğat materialları paylanılıb.

Seçicilər seçki prosesində aktiv iştirak edəcəklərini və partiyanın namizədlərini dəstəkləyəcəklərini bildiriblər.