YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Dünyanın diqqətində...

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 52 saylı Yevlax seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş İlham Məmmədovun YAP Yevlax rayon təşkilatının qərargahında ilk dəfə səs verəcək seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın gənclərinə göstərdiyi xüsusi qayğıdan geniş bəhs edib. Qeyd edilib ki, respublikada dövlət gənclər siyasətinin formalaşdırılması Ulu Öndər Heydər Əiyevin adı ilə bağlıdır: “Müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev gəncləri Azərbaycanın gələcəyi kimi dəyərləndirərək bildirib ki, cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaq. Bu diqqət və qayğının nəticəsidir ki, hazırda Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilərək, cəmiyyətin avanqard qüvvəsinə çevrilib”.

Deputatlığa namizəd İlham Məmmədov çıxışında vurğulayıb ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasət nəticəsində Azərbaycan gəncliyi yüksək inkişaf mərhələsini yaşayır: “Ulu Öndərin müəyyənləşdirdiyi gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə və reallıqlarına uyğun olaraq mahiyyət və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Dövlət gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin dövlət qulluğunda məsul vəzifələrdə iştirakını təmin etmək, aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə  Azərbaycanda bütün lazımi tədbirlər həyata keçirilir”.

Seçicilər 1 sentyabr - parlament seçkilərində fəal iştirak edəcəklərini, həmçinin Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini diqqətə çatdırıblar.

Qeyd edək ki, İlham Məmmədov həmin gün YAP Yevlax rayon təşkilatının qərargahında bir qrup seçici ilə görüş keçirib, həmçinin rayonun Aşağı Qarxun kəndində və şəhər ərazisində yaşayan bir qrup şəhid ailəsini ziyarət edib.