YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Azərbaycanın parlaq gələcəyinə səs verək!

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP)  tərəfindən 85 saylı Füzuli-Ağcabədi seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Dəyanət Cəfərovun Qaradağ rayonunda məskunlaşmış füzulili seçicilərlə görüşü keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Görüşü giriş sözü ilə açan YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva qeyd edib ki,  Azərbaycanın yaratdığı yeni reallıqlar ölkəmizin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. O, vurğulayıb ki, seçki prosesində iştirak etməklə, YAP-ın namizədini dəstəkləməklə vətəndaşlarımız firavan gələcəyə imza atmış olacaqlar.

Çıxış edən deputatlığa namizəd Dəyanət Cəfərov YAP-ın seçki platforması haqqında geniş və ətraflı məlumat verib. Qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyası 32 ilə yaxın müddətdə Azərbaycanın siyasi səhnəsindədir və ölkənin hərtərəfli inkişafı üçün üzərinə götürdüyü bütün missiyaları mükəmməl şəkildə yerinə yetirməkdədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası bundan sonra da qələbələr partiyası statusunu qoruyacaq, yeni nailiyyətlərə imza atacaq.

Çıxış edən seçicilər öz  növbəsində 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.