YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Möhkəm bünövrə

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 7 saylı Səbail seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Əhliman Qarayevin YAP Səbail rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev bildirib ki, Azərbaycanın bugünkü yüksəlişə və inkişafa nail olması Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, siyasi iradəsi və uzaqgörənliyi sayəsində reallaşıb. Qeyd edib ki, dəyişən qlobal və regional reallıqlar şəraitində bütün sahələr üzrə sistemli genişmiqyaslı islahatların həyata keçirilməsi Azərbaycanı sürətlə inkişaf edən dövlətə çevirib.

O, deputatlığa namizəd Əhliman Qarayev haqqında seçicilərə məlumat verib.

Çıxış edən deputatlığa namizəd Əhliman Qarayev bildirib ki, böyük uğurlar qazanan Azərbaycan siyasi-iqtisadi, hərbi qüdrətini, nüfuzunu daim artıraraq, yeni reallıqlar fonunda daha möhtəşəm gələcəyə doğru addımlayır: “44 günlük Vətən müharibəsində Zəfər çalan Azərbaycan 30 ilə yaxın işğal altında qalmış ərazilərini düşməndən azad edib. Bu Zəfər əməkdaşlığa, sülhə, əmin-amanlığa, bölgədə dayanıqlı inkişafa yeni yollar açıb. Bu baxımdan Yeni Azərbaycan Partiyasının parlament seçkilərində qələbə şansı yüksəkdir”.

Əhliman Qarayev çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib. 

Görüş iştirakçılarından Allahverdi Hacıyev, Sultanəli Qurbanov, Fuad Heydərli və digərləri çıxış ediblər. Qeyd olunub ki, Azərbaycanın uğurları günbəgün artır və xalqımızın rifah halının daha da yaxşılaşdırılması təmin edilir.

Öz növbəsində çıxış edən seçicilər 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.

Həmin gün deputatlığa namizəd Səbail rayonunda digər bir sıra görüşlər də keçirib, şəhid ailələlərini ziyarət edib.