Seçki-2024
Güclü Azərbaycan naminə
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 23 saylı Nəsimi-Səbail seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Elnur Rəhimovun YAP Nəsimi rayon təşkilatının qərargahında seçicilərlə növbəti görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb, deputatlığa namizəd Elnur Rəhimov haqqında seçicilərə məlumat verib.
Tədbirdə Elnur Rəhimov Yeni Azərbaycan Partiyasının seçki platforması ilə bağlı məlumatları diqqətə çatdırıb. O, çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. E.Rəhimov deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib.
Nəsimi rayonunun seçiciləri də Yeni Azərbaycan Partiyasına olan etimadlarını ifadə edərək, öz səsvermə hüquqlarından istifadə edəcəklərini bildiriblər.