YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

İnkişafımız davamlıdır

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 82 saylı İmişli-Saatlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Səyyad Salahlının İmişli rayonu, Göbəktala və Şahverdili kəndinin seçiciləri ilə görüşü keçirilib.

YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev tədbiri giriş sözü ilə açaraq seçki marafonuna “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatılan partiyanın yüksək səviyyədə təşkil olunan təbliğat-təşviqat kampaniyası barədə məlumat verib. Müstəqillik tarixinin ən güclü dövrünü yaşayan Azərbaycan xalqının YAP-a olan inamından bəhs edən təşkilat sədri partiyanın bu seçkilərdə də mütləq qələbə qazanacağına əminliyini ifadə edib.

Çıxış edən deputatlığa namizəd Səyyad Salahlı əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. S.Salahlı bildirib ki, partiyanın Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində dövlətimiz yeni inkişaf mərhələsinə qədəm qoyub: “Aparılan uğurlu islahatlar nəticəsində dövlətimiz gündən-günə inkişaf edir, iqtisadiyyatımız güclənir, insanların rifah halı yaxşılaşır. Şübhə yoxdur ki, bu inkişaf qarşıdakı illərdə daha da artacaq”.

S.Salahlı seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib. 

Görüş iştirakçılarından Afrəddin Ataşov, Ziya Paşayev və digərləri çıxış edərək seçiciləri növbəti nailiyyətlər naminə YAP-ın namizədinə səs verməyə çağırıblar.

Görüşdə çıxış edən seçicilər də YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.