YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

YAP-ın tarixi müstəqil Azərbaycanın inkişaf salnaməsidir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 96 saylı Goranboy-Naftalan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş  Bədəl Bədəlovun Goranboy rayonunun Boluslu kəndində Goran qəsəbəsi, Boluslu,  Nərimanlı kənd seçiciləri ilə və YAP Goranboy rayon təşkilatının inzibati binasında ziyalılar, ağsaqqallarla görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev qeyd edib ki, Azərbaycan uğurlu siyasəti ilə  hər bir hədəfə  zamanında nail olur: “Tarixi Zəfərimizin - ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpasının yaratdığı reallıqlar həm Azərbaycan, həm də bütövlükdə region üçün mühüm əhəmiyyət daşıyır. Yeni Azərbaycan Partiyasının seçki platformasında qazandığımız uğurlarla yanaşı, qarşıda duran əsas hədəflər də əksini tapıb”.

Deputatlığa namizəd Bədəl Bədəlov YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O qeyd edib ki, Yeni Azərbaycan Partiyasının tarixi müstəqil Azərbaycan dövlətinin inkişaf salnaməsidir: “Çünki müasir müstəqil Azərbaycanın tərəqqisi, möhtəşəm tarixi nailiyyətlər qazanaraq güclü - qüdrətli dövlətə çevrilməsi Yeni Azərbaycan Partiyası ilə bilavasitə bağlıdır”.

Tədbirdə təşviqat qrupunun üzvləri - şəhid mayor Əlövsət Məmmədovun həyat yoldaşı Rahinə Məmmədova, İbrahim Həsənov, Əzra Həşimova, Səyad Quliyev, Rəddin Məmmədov, İsgəndər Səklikov və Qərargah üzvü Gündüz Hacıyev çıxış edərək uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.

Qeyd edək ki, həmin gün deputatlığa namizəd Bədəl Bədəlov Naftalan şəhərində yaşayan  iki şəhid atası Dilqəm Bayramovu və həyat yoldaşı Zeynəb Bayramovanı ziyarət edib. Daha sonra Goranboy rayonunun Məşədiqaralar kəndində Məşədiqaralar, Eyvazlılar, Zeynallı kənd seçiciləri ilə və Goranboy şəhərindən olan seçicilərlə fərdi görüş keçirilib.