YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Yeni uğurlar üçün YAP-ın namizədinə səs verək!

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 68 saylı Sabirabad-Şirvan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Kamal Cəfərovun Sabirabad rayonu, Moranlı kənd Mədəniyyət evində Moranlı, Sarxanbəyli və Balahəşimxanlı kəndlərindən olan seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. O, partiyanın hər  zaman bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını vurğulayaraq YAP-ın bu dəfə də möhtəşəm qələbə qazanacağına inamını ifadə edib.

Çıxış edən deputatlığa namizəd Kamal Cəfərov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Daha sonra bildirib ki, Ümummilli lider Heydər Əliyevin həyatı və çoxşaxəli fəaliyyəti milli-mənəvi və ictimai-siyasi irsimizin qiymətli tərkib hissəsidir, yeni nəsillər üçün müstəsna əhəmiyyətli örnəkdir. Əsası bu nəhəng tarixi şəxsiyyət - Ulu Öndərimiz tərəfindən qoyulmuş qüdrətli Azərbaycan dövləti hazırda Prezidentimiz İlham Əliyevin müdrik rəhbərliyi altında daha da güclənməkdə, şanlı tarixinin yeni parlaq səhifələrini yazmaqdadır.

Kamal Cəfərov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib. 

Tədbirdə çıxış edən seçicilər də 1 sentyabr seçkilərində uğurlarımızın davamı naminə YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.

Qeyd edək ki, deputatlığa namizəd Kamal Cəfərov rayonun Əliləmbəyli kənd Mədəniyyət evinin qarşısındakı meydanda Çölbeşdəli, Zalqarağac, Surxayobası, Əliləmbəyli və Çöl Ağaməmmədli kəndlərindən olan seçicilərlə də görüş keçirib.