YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

YAP yeni hədəflərə doğru inamla irəliləyir

YAP yeni hədəflərə doğru inamla irəliləyir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 35 saylı Xətai üçüncü  seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Pərvanə Vəliyevanın YAP Xətai rayon təşkilatının qərargahında seçicilərlə növbəti görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Xətai rayon  təşkilatının sədr müavini Vüqar Hüseynov bildirib ki, “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatılan Yeni Azərbaycan Partiyası cəmiyyətin avanqard qüvvəsi kimi yeri və rolunu möhkəmləndirir. Partiyanın hər bir seçki prosesindən qələbə ilə çıxması keçdiyi çətin və şərəfli yolun, Azərbaycanın davamlı uğurlarına verdiyi töhfələrin təqdimatıdır. YAP-ın 1 sentyabr - növbədənkənar parlament seçkilərində qələbə qazanacağı qaçılmazdır.

Vüqar Hüseynov  deputatlığa namizəd Pərvanə Vəliyeva  haqqında seçicilərə məlumat verib.

Çıxış edən deputatlığa namizəd Pərvanə Vəliyeva YAP-ın seçki platformasından geniş bəhs edərək diqqəti qalib, bütövləşən Azərbaycanın dünəninə, bu gününə və gələcəyinə yönəldib. Ümummilli Lider Heydər Əliyevin yaratdığı möhkəm təməl üzərində uğurlar qazananan Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqillik tarixinin Zəfər səhifəsini yazdı. Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi Azərbaycanın yeni dövrə qədəm qoymasını şərtləndirdi. Bu gün yeni dövrün  hədəflərində qürurla bəhs edirik.

Deputatlığa namizəd çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.

Tədbirdə çıxış edən  YAP Xətai rayon təşkilatı üzrə Seçki Qərargahının üzvləri - Asif Məcidov, Vilayət Mirzəyev, Elşən Salmanov və namizədin vəkili Abbas Abbasov YAP-ın xalqın etimadını yüksək səviyyədə qazanmasından bəhs ediblər. Çıxış  edənlər uğurlarımızın davamlılığını təmin etmək üçün  seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.

Qeyd edək ki, Pərvanə Vəliyeva Xətai rayonu Azadlıq küçəsində yaşayan bir qrup seçici ilə də keçirib.