Seçki-2024
Məqsədyönlü siyasət
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 116 saylı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Əliyeva Ədilə Əli qızı Qəbələ şəhərinin Məcid Mərdanov küçəsində seçicilərlə məhəllə görüşü keçirib.
Görüşdə deputatlığa namizəd Ədilə Əliyeva əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O bildirib ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb.
Deputatlığa namizəd Ədilə Əliyeva seçiciləri parlament seçkilərində fəal olmağa və layiq bildikləri namizədlərə səs verməyə çağırıb.
Çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.