YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

İnam sonsuzdur!

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 59 saylı Quba seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Əlibala Məhərrəmzadənin Quba rayonu, Adur, Qarxun, Rük və Söhüb kənd seçiciləri ilə görüşü keçirilib.

Görüşlərdə YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova parlament seçkilərinə hazırlıqla bağlı görülən işlər barədə məlumat verib.

Görüşdə deputatlığa namizəd Əlibala Məhərrəmzadə ölkəmizdə bütün sahələr üzrə davam etdirilən islahatlardan, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş uğurlardan danışıb. Bu uğurların davamı üçün parlamentdə Yeni Azərbaycan Partiyasının təmsilçilərinin daha çox olmasının vacibliyi vurğulanıb.

Seçicilər Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləyəcəklərini bildiriblər.

Əlibala Məhərrəmzadə rayonun Alekseyevka və Zizik kəndində də seçicilərlə görüş keçirib, Vətən müharibəsi şəhidi Ülvü Vüqar oğlu Məmmədovun ailəsini ziyarət edib.

Deputatlığa namizəd həmçinin, Quba rayon seçiciləri ilə daha bir görüş keçirib.