YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Azərbaycan YAP iqtidarının dövründə inkişaf edib

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 78 saylı Lənkəran kənd seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Anar İsgəndərovun Lənkəran rayonu, Rvo, Şovu, Qurumba, Narbağı və Təngivan kəndlərindən olan seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev bildirib ki, Yeni Azərbaycan Partiyası xalqın arzu və istəyi ilə yaranıb: “1990-ci illərin əvvəllərində Azərbaycanın üstünü qara buludlar alarkən xalq nəzərlərini Ulu Öndər Heydər Əliyevə yönəldib. O zaman Dahi Lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının Sədri kimi doğma Vətənini bəlalardan qurtarmaq üçün Bakıya gəlib və əmin-amanlığı bərpa edib”.

Deputatlığa namizəd Anar İsgəndərov bildirib ki, Azərbaycan mühüm siyasi hadisə ərəfəsindədir: “Sentyabrın 1-də keçiriləcək parlament seçkiləri ölkəmizin siyasi həyatında xüsusi önəm kəsb edir. Bu seçkilərdə mənim də namizədliyimin yenidən irəli sürüldüyünə görə Yeni Azərbaycan Partiyasının rəhbərliyinə minnətdarlığımı bildirirəm”.

Təşviqat qrupunun üzvləri Yalçın Əliyev, Şakir Qasımov və Emin Məlikov çıxışlarında qeyd ediblər ki, Azərbaycan YAP iqtidarının dövründə inkişaf edib. Vurğulanıb ki, inkişaf siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirdən öncə deputatlığa namizəd Anar İsgəndərov şəhidlərin məzarını ziyarət edib.

Qeyd edək ki, həmin gün Anar İsgəndərov Lənkəran rayonu, Haftoni qəsəbə və Bəlləbur kəndlərində də seçicilərlə görüşüb.