YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

İnkişaf bütün sahələri əhatə edir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 76 saylı Lənkəran-Masallı seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Cavanşir Paşazadənin Lənkəran rayonu, Göyşaban və Ürgə kəndində seçicilərlə görüşü keçirilib.

Görüşlər zamanı deputatlığa namizəd Cavanşir Paşazadə bildirib ki, Yeni Azərbaycan Partiyası yeni reallıqlar, həmçinin dövlətin qətiyyətli siyasəti, xalqın sarsılmaz həmrəyliyi fonunda öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməklə Azərbaycanın növbəti tarixi nailiyyətlər qazanmasına və strateji zirvələr fəth etməsinə layiqli töhfəsini verəcəkdir. O, parlament seçkilərində YAP-ın qələbəsinə əminliyini ifadə edib.

C.Paşazadə seçicilərin arzu və istəklərini dinləyib və həlli üçün müvafiq qurumlara müraciət edəcəyini bildirib.

Görüşdə çıxış edən seçicilər deputatlığa namizəd Cavanşir Paşazadəyə yekdilliklə dəstək ifadə ediblər.

Daha sonra Cavanşir Paşazadə seçicilərinə ona inandıqları üçün təşəkkür edib, onların etimadını doğruldacağını söyləyib.

Seçicilərlə görüşdən sonra namizəd Göyşaban və Ürgə kəndində şəhidlərin məzarını ziyarət edib. Şəhidlərin ruhuna dualar oxunub, məzarlarının üzərinə çiçəklər düzülüb.