YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Zəngin və şərəfli inkişaf yolu

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 101 saylı Samux-Şəmkir seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Mübariz Qurbanlının Samux rayonunun Qarabağlı, Kəsəmən və Salahlı kəndlərinin seçiciləri ilə görüşü keçirilib.

Görüşlərdə çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatılan YAP-ın zəngin və şərəfli inkişaf yolu keçərək ümumxalq partiyasına çevrildiyini diqqətə çatdırıb. O vurğulayıb ki, dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanın dövlətçilik tarixində yeni bir yüksəliş mərhələsinin əsasını qoyub.

Deputatlığa namizəd Mübariz Qurbanlı ərazi bütövlüyü və suverenliyini tam təmin edən Azərbaycanın qalib dövlət olaraq tarixinin ən qürurlu və qüdrətli dövrünü yaşadığını bildirib. O, əldə olunan nailiyyətlərdə Yeni Azərbaycan Partiyasının rolunu xüsusi vurğulayıb, budəfəki parlament seçkilərinin ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsi ilə əlamətdar olduğunu deyib.

M.Qurbanlı çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və Azərbaycanın gələcəyinə səs verməyə çağırıb.

Görüşlərdə çıxış edən seçicilər növbədənkənar parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar. Bildirilib ki, YAP-a etimad göstərmək yüksəlişi, inkişafı və tərəqqini seçməkdir.

Görüş zamanı həmçinin seçicilərin arzu və istəkləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.