YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Yeni Azərbaycan naminə

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 48 saylı Abşeron birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nigar Məmmədovanın YAP Abşeron rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev vətəndaşların sağlamlığı, insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasının dövlət siyasətinin prioritetlərindən biri olduğunu bildirib.

Deputatlığa namizəd Nigar Məmmədova çıxışında YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib: “Ölkə həyatının bütün sahələrində həyata keçirilən islahatlar davamlı inkişafın təmin olunmasına, hər bir vətəndaşın rifahının yüksəldilməsinə xidmət edir. YAP-ın seçki platformasında Azərbaycanın islahatlar yolu ilə inkişafı istiqamətində əsas hədəflər aydın əksini tapır”.

Tədbir iştirakçılarından Rəmziyyə Heydərova və Kazım Məmmədov çıxışlarında ölkəmizin uğurlu gələcəyi, yeni Azərbaycan naminə növbədənkənar parlament seçkilərində YAP namizədlərinə səs verəcəklərini vurğulayıblar.

Qeyd edək ki, deputatlığa namizəd Nigar Məmmədova seçicilərlə məhəlli görüşlər də keçirib.