Seçki-2024
Seçicilər YAP-ın namizədlərinə səs verəcək
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 30 saylı Suraxanı birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Sevinc Fətəliyevanın Hövsan qəsəbəsində 11-ci Sahil döngəsi və Elman Qasımov küçələrində seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Surxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov növbəti illərdə qarşıda duran hədəflərdən və görüləcək işlərdən söz açıb. O vurğulayıb ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin ölkəmizin sosial-iqtisadi tərəqqisinə, hərbi gücünün yüksəlməsinə, beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə hədəflənmiş müstəqil və uzaqgörən siyasəti sayəsində dövlətimiz daha da güclənib.
S.Əbdülov partiyanın seçkilərdə yüksək potensiala malik namizədlərlə iştirak etdiyini vurğulayıb.
Çıxış edən deputatlığa namizəd Sevinc Fətəliyeva seçicilərə YAP-ın seçki platforması haqda geniş məlumat verib. Bildirib ki, Azərbaycan böyük inkişaf yolu keçib və nəticədə ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Hərtərəfli inkişafın bütün sahələri əhatə etməsilə yanaşı, ölkəmizin siyasi-iqtisadi və hərbi qüdrətinin artması da təmin olunub.
Namizəd bildirib ki, ölkənin tərəqqisi və mövcud məsələlərin həlli naminə hər bir vətəndaş seçkilərdə aktiv iştirak etməlidir.
Görüşlər zamanı seçicilərə YAP tərəfindən hazırlanmış maarifləndirici təbliğat materialları paylanılıb.