YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Qələbələr partiyası yenə qalib olacaq!

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 117 saylı Oğuz-Qəbələ-Şəki seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Eyvaz Qurbanov Oğuz rayonunun seçiciləri ilə görüşüb.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov bildirib ki, Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasətin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirməsi nəticəsində ölkəmiz tarixi nailiyyətlərə imza atır.

O, deputatlığa namizəd Eyvaz Qurbanovun haqqında seçicilərə məlumat verərək, seçiciləri sentyabrın 1-də keçiriləcək parlament seçkilərində seçiciləri YAP-ın namizədini dəstəkləməyə çağırıb.

Çıxış edən deputatlığa namizəd Eyvaz Qurbanov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən olunmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən inkişaf strategiyası həyatın bütün sahələrini əhatə etməklə yanaşı, eyni zamanda, bütün istiqamətlərdə ölkəmizin ərazi bütövlüyünün təmin olunmasına hədəflənmişdir.

Tədbirlərdə, həmçinin təşviqat qrupunun üzvləri Anar Hüseynov, Mehriban Abbasova çıxış edərək bidiriblər ki, ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşların rifahı və mənafeyinin dayanır. YAP-ın fəaliyyətinin əsas istiqamətini məhz dövlətimizin, cəmiyyətimizin inkişafı, onun qüdrətinin daha da artması təşkil edir. Onlar bugünkü inkişafın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.

Öz növbəsində çıxış edən seçicilər Mirməhəmməd Malıyev, Kəmalə Cəfərova və digərləri 1 sentyabrda Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə YAP namizədinə dəstəkləyəcəklərini bildirdilər.

Qeyd edək ki, təşviqat qrupunun üzvləri Oğuz şəhəri Heydər Əliyev küçəsinin sakinləri ilə məhəlli görüş keçiriblər.