YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Azərbaycanın nəhəng potensialı var

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) 43 saylı Sumqayıt ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Tahir Mirkişilinin Sumqayıt şəhəri, 10-cu mikrorayon seçiciləri ilə görüşü keçirib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatının sədr müavini Cavid Məmiyev bildirib ki, Dahi Lider Heydər Əliyevin ideyaları Prezident İlham Əliyev tərəfindən ardıcıl surətdə reallaşdırılır. O, Azərbaycanda dövlətçiliyin qorunmasında, ölkəmizin tərəqqisində YAP-ın rolunu xüsusi vurğulayıb, seçkilərin əhəmiyyətindən bəhs edib.

Görüş zamanı Tahir Mirkişili seçicilərlə səmimi söhbət edərək, onların gündəlik həyatlarında qarşılaşdıqları çətinliklər və problemlər haqqında məlumat alıb. O, bu ərazidə sosial infrastrukturun inkişafı, məhəllənin abadlaşdırılması və seçicilərin rifahının yaxşılaşdırılması məqsədilə nəzərdə tutulan layihələr barədə ətraflı danışıb.

Tahir Mirkişili deputat seçiləcəyi təqdirdə vətəndaşların sosial rifahının artırılması istiqamətində çalışacağını bildirərək, seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.

Tədbirdə çıxış edən Tahir Mirkişilinin nümayəndələri Şakir Abışov, Anar Qasımlı və Əvəz Mahmudov Prezident İlham Əliyevin uğurlu siyasəti haqqında danışıb.

Seçicilər arzu və istəklərini Tahir Mirkişili və onun komandasına çatdırıblar. Onlar yeni qələbələr naminə YAP-ın namizədinə səs verəcəklərini bəyan ediblər.

Həmçinin deputatlığa namizəd Tahir Mirkişili 13-cü mikrorayon seçiciləri ilə məhəlli görüş keçirib.

Görüşü giriş nitqi ilə açan YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafı haqqında danışıb, Azərbaycanın davamlı inkişaf yolunda irəlilədiyini, beynəlxalq arenada qazandığı uğurları vurğulayıb.

Görüş zamanı Tahir Mirkişili məhəllənin sosial infrastrukturunun təkmilləşdirilməsi və seçicilərin rifahının artırılması üçün nəzərdə tutulan layihələr haqqında məlumat verib. T.Mirkişili seçicilərin dəstəyinin vacibliyini vurğulayaraq, onları fəal şəkildə seçki prosesində iştirak etməyə çağırıb.

Tədbirdə çıxış edən Tahir Mirkişilinin nümayəndəsi Anar Qasımlı Prezident İlham Əliyevin uğurlu siyasəti haqqında danışıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadi inkişafı, beynəlxalq arenada qazandığı uğurlar və regionların sosial-iqtisadi inkişafı sahəsində əldə edilən nailiyyətləri vurğulayıb.

Görüşdə seçicilər Azərbaycanın gələcəyi naminə YAP-ın deputatlığa namizədinə səs verəcəklərini bəyan edib.