YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

YAP gücünü xalqın dəstəyindən alır

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Anar Məmmədovun Ağdərə rayon Sırxavənd, Baş Güney, Məlikli, Yeni Qaralar, Çərəktar, Xatınbəyli, Narınclar və  Kərəmli kəndlərindən olan  seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Tərtər  rayon təşkilatının sədr müavini Azər Ağayev  YAP-ın keçmiş seçkilərdə əldə etdiyi tarixi qələbələrdən bəhs edərək, bu dəfə də partiyanın qələbə qazanacağına olan inamını ifadə edib.

Deputatlığa namizəd Anar Məmmədov çıxış edərək əvvəlcə YAP-ın seçki platforması haqqında məlumat verib. O, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin liderliyi ilə Azərbaycanın əldə etdiyi nailiyyətlərdən danışıb. Namizəd bildirib ki, Azərbaycan dinamik inkişaf yolunda inamla irəliləyir və statistik göstəricilər də bu reallığı təsdiqləyir.

Namizəd seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. A.Məmmədov  seçiləcəyi təqdirdə seçicilərin inamını və etimadını doğrultmaq üçün əlindən gələni edəcəyinə söz verib.

Seçicilər 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.