YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Yeni reallıqlar fonunda

Azərbaycan Respublikası Milli Məclisinə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyası (YAP)  tərəfindən 105 saylı Tovuz-Gədəbəy seçki dairəsindən namizədliyi irəli sürülmüş İlkin Hüseynov Düz Qırıqlı kəndində seçicilərlə görüş keçirib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Tovuz rayon təşkilatının sədr müavini İlqar Kərimov Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar kursunun ölkəmizin bütün sferaları üzrə hərtərəfli inkişafı təmin etdiyini, bu gün də ölkəmizdə hamının sülh və əmin-amanlıq şəraitində yaşadığını, qazanılan uğurların isə dövlətin apardığı məqsədyönlü siyasətinin nəticəsi olduğunu bildirib.

Çıxış edən deputatlığa namizəd İlkin Hüseynov YAP-ın səmərəli fəaliyyətinin Azərbaycanın inkişafına xüsusi töhfə verdiyini, ölkənin etibarlı gələcəyinin təmin olunmasında müstəsna rol oynadığını, növbədənkənar parlament seçkilərinin ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsi ilə əlamətdar olduğunu vurğulayaraq, seçiciləri 1 sentyabrda fəal olmağa çağırıb.