YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Uğurla gedən inkişaf

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Həcər Mirzəyevanın seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib ki, Azərbaycanda Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və ölkə Prezidenti İlham Əliyevin layiqincə davam etdirdiyi siyasi kursun nəticəsi olaraq hüquqi dövlət quruculuğuna nail olunub: “Artıq ölkəmiz hüquqi, müstəqil, müasir dövlət olaraq uğurla inkişaf edir, xarici siyasəti ilə öz nüfuzunu, beynəlxalq mövqeyini getdikcə daha da möhkəmləndirir. Qürurla qeyd edirik ki, qalib ölkəmiz regionun lider, dünyanın isə ən aparıcı ölkələrindən birinə çevrilib”.

Çıxış edən deputatlığa namizəd Həcər Mirzəyeva YAP-ın seçki platforması barədə məlumat verib. O, partiyanın seçki proqramında bütün sahələrin tam əhatə olunduğunu və seçicilərin etimadı ilə seçkilərdə qalib gələcəyi təqdirdə seçicilərin istək və arzularının həlli istiqamətində çalışacağını söyləyib. O, bütün seçiciləri qarşıdan gələn seçkilərdə fəal olmağa və partiyanın namizədlərinə səs verməyə çağırıb.

Görüş iştirakçılarından - seçicilər Günel Əliyeva, Vüsalə Abdullayeva və digərləri çıxış ediblər. Onların sözlərinə əsasən partiyanın ümumxalq partiyasına çevrilməsinin tarixi və siyasi əsasları var. YAP yarandığı gündən bu günədək daim milli maraqlardan çıxış edib, xalqın mənafeyini hər bir məqsəddən üstün tutub. Bu etimad və etibar həyata keçirilən siyasi kursun nəticəsidir.

Seçicilər YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.