YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Xalq YAP-ın qələbəsinə əmindir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 72 saylı Cəlilabad kənd seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Elman Nəsirovun Cəlilabad rayonu, Ləkin və Şatırlı kəndlərində seçicilərlə görüşləri keçirilib.

Görüşləri giriş sözü ilə açan YAP Cəlilabad rayon təşkilatının fəalı Ruslan Abbasov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını, partiyanın bütün seçkilərə hazırlıq səviyyəsinin hər zaman yüksək səviyyədə olduğunu, YAP-ın bu dəfə də parlaq qələbə qazanacağına inamını ifadə edib.

Çıxış edən deputatlığa namizəd Elman Nəsirov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib, müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından, iqtisadiyyatın bütün sahələrindəki sürətli inkişafdan geniş bəhs edib. Bildirib ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində ötən illər ərzində Azərbaycan böyük uğurlara imza atıb, ölkəmizin qarşısında yeni perspektivlər açılıb, iqtisadi və hərbi gücümüz yüksək inkişaf edib. Qeyd edilib ki, budəfəki parlament seçkiləri ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsi ilə əlamətdardır.

Elman Nəsirov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib. 

Tədbirlərdə təşviqat qrupunun üzvü Razi Məmmədov, seçicilərdən – Ləkin kənd sakinləri Balakərim Quliyev, Səxavət Muradov, Əsədli kənd sakini Kamal Ələsgərov, Musalı kənd sakini Elyar Nəsirov, Şatırlı kənd sakinləri Bəybala Mirələmov, Murad Əhmədov, Buravar kənd sakinləri Gülhəsən Kazımov, Qəribxan Sövzalıyev və digərləri çıxış ediblər. Çıxış edənlər qələbələrimiz, inkişafımız və uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.