YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Tərəqqi yolunda inamla addımlayırıq

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 98 saylı Bərdə-Tərtər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Xanlar Fətiyevin Bərdə rayonu, Qaratəpə və Nazırlı kəndlərində seçicilərlə görüşü keçirilib.

Görüşlərdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşləri giriş sözü ilə açan YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya bildirib ki, Yeni Azərbaycan Partiyası müasir çağırışlara cavab verən, öz fəaliyyətini yeni tendensiyalar əsasında davam etdirən dinamik ictimai-siyasi qüvvədir. Qeyd edib ki, indi Azərbaycanda görülmüş işlər, ölkəmizin uğurlu inkişafı hər bir vətəndaşa sirayət edir. Vurğulanıb ki, bütün bunlar iqtidarın apardığı siyasətə alternativ olmadığını əyani şəkildə göstərir.

Çıxış edən deputatlığa namizəd Xanlar Fətiyev Yeni Azərbaycan Partiyasının tarixi ənənələrə, müasir çağırışlara və mütərəqqi dəyərlərə əsaslanan fəaliyyəti ilə milli həmrəyliyin ideoloji düsturu olan azərbaycançılıq məfkurəsinin geniş təbliğinə vacib töhfələr verdiyini ifadə edib. O, seçiciləri fəal olmağa, davamlı zəfərlərə imza atılması üçün layiq bildikləri namizədə səs verməyə çağırıb.  

Görüşlərdə təşviqat qrupunun üzvləri, şəhid anaları Mehparə Qəribova, İsbət Hətəmova qalib Azərbaycanın bundan sonra daha da inamla irəliyə doğru addımlayacağını, möhtəşəm uğurlara imza atacağını ifadə ediblər.

Çıxış edən seçicilər - Qaratəpə kəndindən İntiqam Mehtiyev, Ramiz Quliyev, Teyyub Hümbətov, Nailə Qasımova, Nazırlı kəndindən Ruhi Qarayev, Vahid Kərimov Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyəcəklərini bildiriblər.

Görüşlər Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Qeyd edək ki, deputatlığa namizəd Xanlar Fətiyev Alpoud kənd sakini Əliyev Vüqar Əvəz oğlunun, Tumaslı kənd sakini Xanlarov İlqar Məhərrəm oğlunun evində olub, seçiciləri ilə görüşüb. Alpoud kəndində şəhid Rəhimli Elcan Ədalət oğlunun adına salınmış xatirə bulağının önünə gül dəstələri qoyulub.